Türkiyə XİN başçısı: “Moskva ilə Kiyevi yenidən masa arxasına əyləşdirmək üçün çalışırıq”
17:55 22 Mart 2022
“Moskva ilə Kiyevi yenidən danışıqlar masa arxasına əyləşdirmək üçün çalışırıq”.
Femida.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, hazırda hər kəsin prioriteti Ukraynada atəşkəsə nail olmaqdır. Nazir bildirib ki, müharibəni dayandırmaq lazımdır. “Hər toqquşma özü ilə birlikdə sülh də gətirə bilər. Hər dəfə deyirik, müharibənin qalibi, sülhün məğlubu yoxdur. NATO qabaqlayıcı addımlar atır, amma sadə xalq savaşdan əziyyət çəkir. Sülhə nail olmaq üçün həll yolları barədə düşünmək lazımdır. Biz səylərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.
Rusiya və Ukrayna arasında dialoqun birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, nümayəndə heyətlərinin görüşü beş saat davam edib. Bundan sonra tərəflər martın 3-də Belovejskdə, martın 7-də isə Brest vilayətində görüşüblər
Son günlər rəsmi Ankaranın Ukrayna və Rusiya arasında vasitəçi olmaq cəhdləri, habelə Türkiyə vətəndaşlarının qaynar nöqtələrdən çıxarmaq üçün iki ölkə ilə təmasları mütəmadi xarakter alıb. Belə ki, martın 10-da Antalya şəhərində Türkiyə, Ukrayna və Rusiya XİN başçıları Mövlud Çavuşoğlu, Dmitro Kuleba və Sergey Lavrov arasında üçtərəfli görüş keçirilib.
Bundan sonra M.Çavuşoğlu martın 16-da Rusiyanın paytaxtı Moskvaya və martın 17-də isə Ukraynanın Lvov şəhərinə səfər edib, S.Lavrov və D.Kuleba ilə görüşüb. M.Çavuşoğlu hər iki ölkədən olan həmkarları ilə sıx şəkildə telefonla da əlaqə saxlayır.
Oxunub: 365
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"