Qazaxda 2 nəfər dəm qazından zəhərlənib


20:38     25 Mart 2022 22_03_25_1648222736.jpg

Qazax rayonunda 2 nəfər zəhərlənib.

Femida.az-ın məlumatına görə, Birinci Şıxlı kənd sakini, 2008-ci il təvəllüdlü A.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib.

Digər bir zəhərlənmə faktı isə Kosalar kəndində qeydə alınıb. Kənd sakini (ad-soyad dəqiqləşdirilir) yaşadığı evdə dəm qazından zəhərlənib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 483