KİV: “Rusiya artıq Kiyevi tutmaq istəmir”
11:22 26 Mart 2022
Rusiya hücum əməliyyatlarının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, əsas diqqətini Ukraynanın şərqini ələ keçirməyə yönəldəcək.
Femida.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bildirib.
Rusiya qüvvələri Ukrayna Prezident Ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Ukrayna Ordusunu Donbasdan kəsməyə çalışacaq.
Onun sözlərinə görə, ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini müşahidə edir:
“Onlar, şübhəsiz ki, bunu özlərinə prioritet ediblər”.
Qeyd edək ki, Rusiya qoşunları Kiyev yaxınlığında ilişib və müdafiə mövqelərinə keçiblər. Eyni zamanda, Ukrayna Ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.
Oxunub: 401
Oxşar xəbərlər
- KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
- KİV: Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək
- KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır
- KİV: "Suriyalı muzdlular Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gediblər"
- KİV: “Volodimir Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub”
- KİV: Pakistan İŞİD-lə mübarizədə "Taliban"a yardım edir
- KİV: Ermənistanın xarici işlər naziri istefa verib
- KİV: Nərmini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİR