BMT: "Ukraynada 1081 mülki şəxs ölüb"
14:37 26 Mart 2022
Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar başlayandan bəri 2 788 dinc sakin zərər çəkib, 1 081 mülki şəxs isə həlak olub.
Femida.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə cümə günü BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (UNHCHR) məlumat yayıb.
“UNHCHR hesab edir ki, real rəqəmlər daha çoxdur, xüsusilə də hökumətin nəzarətində olan ərazilərdə və xüsusən də son günlərdə, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən gələn məlumatlar gecikir, bir çox məlumat isə hələ də təsdiqini gözləyir”, - sənəddə qeyd olunub.
Bildirilib ki, bu, məsələn, Mariupol və Volnovaxaya (Donetsk vilayəti), İzyuma (Xarkov vilayəti), Severodonetsk və Rubijneyə (Luqansk vilayəti), Trostyanetskə (Sumı vilayəti) aiddir, çünki bu yerlərdən dinc əhali arasında çoxsaylı itkilər olması barədə məlumatlar gəlir və bu məlumatlar hələ əlavə yoxlamadan keçir və yuxarıda göstərilən statistikaya daxil edilməyib.
“Mülki əhali arasında ölüm və ya yaralanmaların əksəriyyətinin səbəbi geniş təsir sahəsinə malik partlayıcılardan istifadədir, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemləri, həmçinin raket və hava zərbələri nəticəsində baş verib”, - icmalda deyilir.
BMT-nin təsdiqlənmiş məlumatlarına görə, 219 kişi, 165 qadın, 30 oğlan uşağı və 15 qız uşağı ölüb, 48 uşaq və 604 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.
Yaralanan 1 707 nəfərdən 28-i qız uşağı, 23-ü oğlan uşağıdır, o cümlədən 69 uşağın cinsiyyəti hələlik dəqiqləşdirilməmiş qalır.
Oxunub: 279
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"