Ukrayna MN rəsmisi: "Xerson bu gün nəzarətimiz altına keçə bilər"
19:02 26 Mart 2022
Rusiyanın ələ keçirdiyi Xerson şəhəri bu gün Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçə bilər.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikovun müşaviri Markian Lubkivski “BBC Radio 4”un efirində danışıb.
“İnanıram ki, bu gün şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olacaq.
M.Lubkivski əlavə edib ki, Ukrayna Ordusu son iki gündə Kiyev vilayətində əməliyyatı başa çatdırıb:
“Buna görə də silahlı qüvvələrin digər hissəsi hazırda ölkənin cənub bölgəsində cəmlənib, onlar Xersonu və bəzi digər şəhərləri geri almağa çalışırlar”, - Ukrayna müdafiə nazirinin müşaviri bildirib.
Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Xerson şəhərini ələ keçirdiyini açıqlamışdı. Bununla belə, şəhərdə Rusiya hərbçilərinin əleyhinə mütəmadi şəkildə mitinqlər keçirilir.
Oxunub: 286
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"