BMT: Ukrayna müharibəsində azı 1 104 mülki şəxs ölüb, 1 754 nəfər yaralanıb


09:52     27 Mart 2022 22_03_26_1648320820.jpg

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci il tarixindən 25 mart 2022-ci il saat 00:00-a qədər mülki əhali arasında itkilər 2 858 nəfər (bir gün əvvəlki hesabatda 2 788 nəfər idi - red.), o cümlədən 1 104 nəfər (1081) dinc sakin təşkil edib.

Femida.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı şənbə günü məlumat yayıb.

“Ali Komissarlıq hesab edir ki, real rəqəmlər xüsusilə hökumətin nəzarətində olan ərazilərdə və son günlər daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən gələn məlumatlar gecikdirilir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, - sənəddə vurğulanır.

Qeyd edilir ki, Mariupol və Volnovaxa, İzyum, Severodonetsk, Trostyanetsk (Sum vilayəti) şəhərlərində dinc əhali arasında çoxsaylı itkilər var.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 221 kişi, 167 qadın, 30 oğlan və 15 qız ölüb, 51 uşaq və 620 nəfər (böyüklər-red) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 1 754 nəfərdən 30-u qız, 24-ü oğlandır, yaralılar arasında o cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 70 uşaq da var.

Açar sözlər:

Oxunub: 236