Ukrayna Baş Prokurorluğu: "Müharibədə indiyədək 139 uşaq ölüb"


12:22     27 Mart 2022 22_03_27_1648364448.jpg

Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.

Eyni zamanda bildirilib ki, müharibə dövründə 205-dən çox uşaq yaralanıb.

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində - 65, Xarkov vilayətində - 45, Donetsk vilayətində - 53, Çerniqov vilayətində - 38, Nikolayev vilayətində - 29, Luqansk vilayətində - 25, Zaporojye vilayətində - 19, Xerson vilayətində - 21, Kiyev şəhərində - 16, Jitomir vilayətində - 15 və Sumı vilayətində - 14.

Açar sözlər:

Oxunub: 301