Sabahın hava proqnozu açıqlanıb


14:12     27 Mart 2022 22_03_27_1648369931.jpg

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, lakin axşama doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.

Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Açar sözlər:

Oxunub: 382