Polad Həşimovun xanımına vəzifə verildi


11:45     28 Mart 2022 22_03_28_1648449976.jpg

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya vəzifə verilib.

Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, təhsil naziri Emin Əmrullayevin əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində işə qəbul olunub.

Qeyd edək ki, O. Salmanova ixtisasca riyaziyyat müəlliməsidir və daha əvvəl orta məktəblərdən birində bu fənni tədris edib.

Açar sözlər:

Oxunub: 326