Fazil Mustafa: “Türkiyədə 2500 azərbacanlı məktəbyaşlı uşaq təhsildən kənarda qalıb”


19:15     29 May 2015 fazil.jpg

“Müxtəlif səbəblərdən Türkiyəyə gedən və orada qeydiyyata düşmədən yaşayan Azərbaycan vətəndaşları var. Həmin Azərbaycan vətəndaşlarının 2500-ə nəfərədək məktəbyaşlı uşağı təhsil almır. Çünki valideynləri orada rəsmi qeydiyyata düşmürlər, bunda maraqlı deyillər”.


Femida.az-ın məlumatına görə, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bildirib. F. Mustafa deyib ki, işləmək üçün Türkiyəyə getmiş həmin Azərbaycan vətəndaşları qeydiyyata düşsə, Azərbaycana geri qayıtmalıdırlar: “O valideynlər də orada işlərini itirməmək üçün qeydiyyata düşmürlər. Hansısa formada bu uşaqların təhsil məsələsi həll olunmalıdır. Məktəb açılması da Türkiyə tərəfi ilə müzakirə oluna bilər. O uşaqların yalnız hansı xəstəxanada olduğu barədə sənəd var, başqa sənədləri yoxdur. Bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılmasının nəzərdən keçirilməsini təklif edirəm”.

Açar sözlər:

Oxunub: 717