Putinin köməkçisi: “İstanbul danışıqları konstruktiv keçib”


18:17     29 Mart 2022 22_03_29_1648559905.jpg

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moskva və Kiyev nümayəndələri arasında bu gün Türkiyənin İstanbul şəhərində keçirilən danışıqları konstruktiv adlandırıb.

Femida.az xəbər verir ki, Ukraynanın təklifləri Rusiya Prezidenti Vladimir Putinə çatdırılacaq.

“Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Rusiya və Ukrayna arasında XİN səviyyəsində sazişin paraflanması (ilkin imzalanması – “Report”) ilə eyni vaxtda mümkündür”, - Rusiya nümayəndə heyətinin rəhbəri vurğulayıb.

O, Ukraynadan neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər aldıqlarını bildirib.

Açar sözlər:

Oxunub: 356