Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb


10:22     30 Mart 2022 22_03_30_1648620425.jpg

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov kassasiya şikayəti icraata götürülüb.

Bu barədə "Report"a onun vəkili Elnur Vəliyev bildirib.

O deyib ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.

Açar sözlər:

Oxunub: 437