Fərrux yüksəkliyində səngər qazan Azərbaycan hərbçiləri insan qalıqları aşkarladı


11:28     30 Mart 2022 2022/03/401525_res_01_1648624381.jpeg

Azərbaycan ordusunun bölmələri Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər.
KİV-lər xəbər verir ki, həmin qalıqların 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.

Qeyd edək ki, 1-ci Qarabağ müharibəsi zamanı əvvəlcə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu Daşbaşı yüksəkliyini düşməndən azad edib, lakin əldə saxlaya bilməyib. Yüksəklik dəfələrlə əldən-ələ keçib, düşmən oradan Ağdam şəhərini və kəndlərini daimi atəş altında saxlayıb. 1993-cü ilin qış əməliyyatında da Fərrux yüksəkliyi uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan ordusu bu döyüşlərdə yüzlərlə itki verib.

Tapılmış qalıqlarla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparıldığı bildirilir.

Açar sözlər:

Oxunub: 607