Klinik Uroloji Xəstəxanaya baş həkim təyin olunub


13:55     30 Mart 2022 22_03_30_1648633245.jpg

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini - baş həkim təyin olunub.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Kərimov Nicat Məhərrəm oğlu bu vəzifəyə təyinat alıb.

Xatırladaq ki, əvvəlki baş həkim Pərviz Hacıyev öz istəyi ilə vəzifəsindən ayrılmışdı.

Açar sözlər:

Oxunub: 546