Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb


15:47     30 Mart 2022 22_03_30_1648639561.jpg

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippini Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.

Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, martın 30-da Z.Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü C.Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Açar sözlər:

Oxunub: 484