Senatorlar Rusiyanı daha bir təşkilatdan çıxarılmasını istəyir
09:35 01 Aprel 2022
ABŞ senatorlarından ibarət ikipartiyalı qrup dövlət katibi Entoni Blinkenə məktub göndərərək, Ukrayna hadisələri ilə əlaqədar Rusiyanı Amerika Dövlətləri Təşkilatındakı daimi müşahidəçi statusundan məhrum etməyə çağırıb.
Femida.az-ın məlumatına görə, Florida ştatından respublikaçı senator Marko Rubionun öz saytında dərc etdiyi sənədə əsasən Rusiyanın aqressiv hərəkətlər təcrübəsi Qərb yarımkürəsində sülhü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış insan haqlarını təşviq etməyə çalışan bir təşkilat olaraq Amerika Dövlətləri Təşkilatının prinsipləri və siyasətləri ilə uyğun gəlmir.
“Biz sizi (ABŞ dövlət katibi Entoni Blinken – Red) Rusiyanın təşkilatdan daimi müşahidəçi statusunu mümkün qədər tez aradan qaldırmaq üçün işləməyə çağırırıq”.
Oxunub: 329