ÜST-dən hamını sevindirəcək xəbər gəldi: "Koronavirus bu tarixdə bitəcək"
12:11 01 Aprel 2022
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, koronavirus pandemiyası bu il bitə bilər.
Femida.az "Euronews"a istinadən xəbər verir ki, ÜST-ün Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında danışan Ghebreyesus təşkilatın 2022-ci ildə COVİD-19 qlobal fövqəladə vəziyyətinə son qoymaq planının təfərrüatlarını paylaşıb.
"2022-ci ildə COVİD-19 pandemiyasına son vermək üçün strateji hazırlıq və mübarizə planı”nı açıqlayan Ghebreyesus "COVİD-19 bu il bitə bilər və bu bizim üçün sonuncu virus olmalıdır” deyə açıqlamasında bildirib.
Ghebreyesus virusun təkamülü üçün sonuncu 3 variantın olduğunu ifadə edib:
"Bundan sonra virus yayılarsa, gücləndirici doza tələb etməyəcək və biz bir neçə variant görəcəyik. İkinci variantda virusun təkamülə davam etdiyini görə bilərik, lakin peyvəndlər sayəsində ağır xəstəliyin dərəcəsi azalacaq. Ən pis halda bundan sonra virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və heç bir peyvəndin bu yeni təhlükəyə qarşı işləmədiyini görə bilərik. Bu isə çox az ehtimaldır".
Oxunub: 353
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"