Zelenski rusiyalı hərbi çağırışçıların valideynlərinə müraciət edib
10:55 02 Aprel 2022
Prezident Volodimir Zelenski rusiyalı hərbi çağırışçıların valideynlərinə müraciət edərək bildirib ki, Ukraynaya yeni öldürülən insanlara ehtiyac yoxdur”.
Bu barədə Femida.az “İnterfax Ukraina”ya istinadən xəbər verir.
"İşğalçılar bu günü - aprelin 1-ni (dünən-red) iki eyni dərəcədə axmaq zarafatla qeyd etmək qərarına gəliblər. Belə zarafatlardan biri də Rusiyadakı insanlarla bağlıdır. Orada orduya yaz çağırışı başlayıb, ənənəvi çağırış kimi görünsə də, həmişəkindən fərqlənir, çünki çağırışçılar bu il dövlətimizə və xalqımıza qarşı müharibəyə göndərilə bilər. Bu, çox gənc oğlanlar üçün zəmanətli ölümdür.
Və onlar vətəndaşımız olmasalar da, bizimlə müharibə aparan dövlətin vətəndaşlarıdırlar, yenə də insan kimi, xəbərdarlıq etmək bizim borcumuzdur”, - Zelenski videomüraciətində deyib.
"Hər bir belə çağırışçıya və onların valideynlərinə xəbərdarlıq edirəm: burada bizə yeni ölülər lazım deyil. Övladlarınıza diqqət yetirin ki, bədxah olmasınlar. Onları orduya göndərməyin. Bacardığınız hər şeyi edin ki evdə, öz evlərində yaşasınlar”, - dövlət başçısı əlavə edib.
Zelenski həmçinin onu eşidən bütün Rusiya vətəndaşlarına müraciət edib.
“Onsuz da ruslara hərbi xidmətə çağırışla bağlı bu həqiqət onlara deyilməyəcək, amma bu həqiqəti onlara çatdıra bilsəniz, edin!”, - Prezident deyib.
Bundan əlavə, dövlət başçısı xüsusi vurğulayıb ki, Rusiya rəhbərliyinin Krım sakinlərini orduya cəlb etmək cəhdləri beynəlxalq humanitar hüququn pozulması, müvafiq olaraq, hərbi cinayətdir:
"Ona görə də mən Krım xalqına demək istəyirəm: bu hekayəni istənilən mərhələdə təxribat edin və nəticə verməsə, cinayət əmrlərinə tabe olmayın və ilk fürsətdə Ukrayna Silahlı Qüvvələrinə təslim olun. Biz hər şeyi başa düşəcəyik, siz yaşayacaqsınız”.
Oxunub: 427
Oxşar xəbərlər
- Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
- Zelenski Putinə qarşı sanksiyalar tətbiq edib
- Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
- Zelenski mühüm Qanun imzaladı
- Zelenski: “1 015 yaşayış məntəqəsi işğaldan azad edilib”
- Zelenski: “Rusiya Ukraynaya 2 014 raket atıb”
- Zelenski Rusiya əsgərlərinə müraciət edib
- Zelenski və Conson arasında telefon danışığı olub
- Zelenski Ukraynanın azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
- Zelenski neytral ölkələrə müraciət edib