MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək"


13:14     04 Aprel 2022 22_04_04_1649054651.jpg

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - nazirlikdən bildirilib.

Açar sözlər:

Oxunub: 560