Azərbaycanda vərəmin yayılması və bu xəstəlikdən ölüm halları azalıb


14:23     04 Aprel 2022 22_04_04_1649054956.jpg

"Son 15 ildə ölkədə vərəmlə mübarizə çərçivəsində bir çox müsbət addımlar atılıb. Əvvəlki illərin statistikası ilə müqayisədə hazırda Azərbaycanda vərəmin rastgəlmə tezliyi və ölüm göstəricisi əhəmiyyətli dərəcədə azalıb".

Femida.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, vərəmin müalicəsi ilə bağlı aidiyyəti qurumlar birlikdə fəaliyyət göstərilməlidir: "Vərəmə qalib gəlmək üçün təkbaşına vuruşmaq heç bir nəticə verməyəcək".

Açar sözlər:

Oxunub: 356