Azərbaycanda güclü təsir edən maddələri satanlar 10 il həbs olunacaq


09:15     06 Aprel 2022 22_04_05_1649183796.jpg

Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.

Femida.az-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Açar sözlər:

Oxunub: 401