Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub


17:10     06 Aprel 2022 22_04_06_1649250679.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib. 297 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 230, bu günə qədər isə ümumilikdə 6 726 560 test icra olunub.

Açar sözlər:

Oxunub: 332