DYP: “Son 4 gündə ölümlə nəticələnən yol qəzası qeydə alınmayıb”


11:58     07 Aprel 2022 22_04_07_1649316594.jpg

“Son 4 gündə respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.

Bunu Femida.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.

O deyib ki, aprelin 3-dən 7-dək ölkə ərazisində baş verən yol qəzalarında ölən olmayıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında respublika ərazisində 277 yol qəzası baş verib. Nəticədə 126 nəfər həlak olub, 225 nəfər isə yaralanıb.

Açar sözlər:

Oxunub: 348