Azərbaycanda şirkət sahibinin meyiti tapılıb


13:48     07 Aprel 2022 22_04_07_1649324954.jpg

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

Meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Hələ ki, onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 407