Sabah dağlara qar yağacaq, şimşək çaxacaq


14:22     07 Aprel 2022 22_04_07_1649326255.jpg

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gün ərzində arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 7-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Hava gündüz əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.

Açar sözlər:

Oxunub: 328