Azərbaycanda 202 uşaq övladlığa verilib


13:14     08 Aprel 2022 22_04_08_1649407793.jpg

2019-cu ildən indiyə qədər Azərbaycanda 202 uşaq övladlığa verilib.

Femida.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, onlardan 104 nəfər oğlan, 98-i qızdır: “Bu ilin aprelin 1-ə kimi isə 54 uşaq övladlığa verilib”.

F.Ağayev söyləyib ki, sosial xidmət müəssisələrində olan valideyn himayəsindən məhrum olmuş 1575 uşağın uçotu aparılıb. Onun sözlərinə görə, onlardan 625 qız, 490 oğlandır: “Həmin uşaqların uçotu aparılaraq elektron bazaya yerləşdirilir. Uşaqlar haqqında məlumatları oradan əldə etmək mümkündür”.

Açar sözlər:

Oxunub: 367