Xersondan çıxmağa çalışan ukraynalıların qayığı atəşə tutulub, 4 nəfər ölüb


15:47     08 Aprel 2022 22_04_08_1649416923.jpg

Rusiya hərbçiləri Xerson vilayətinin işğal olunmuş ərazisindən Dnepropetrovska təxliyə olunmağa çalışan insanların olduğu qayığı atəşə tutub

Femida.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

Hadisə nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər ölüb, həmçinin 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmin vaxt qayıqda olan daha 2 nəfərin taleyi isə hələ ki məlum deyil.

Açar sözlər:

Oxunub: 323


Oxşar xəbərlər