Prezident İlham Əliyev İsrailə səfərə dəvət olunub
18:58 08 Aprel 2022
"Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi, mədəni və bir çox müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirmək üçün gözəl fürsətdir".
Femida.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.
"Münasibətlərimizin yenilənməsi ilə əlamətdar olan bu hadisə mənim üçün xüsusilə əzizdir, belə ki, İsrailin mərhum VI Prezidenti, mənim atam Haim Hersoq həmin vaxtı dövlət başçısı idi.
İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.
Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim", - dövlət başçısının məktubunda vurğulanıb.
Oxunub: 398
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib