Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq – AÇIQLAMA


16:02     09 Aprel 2022 22_04_09_1649505795.jpg

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi mövzusuna münasibət bildirərək məsələyə baxıldığını və yəqin ki, müəyyən qərarların veriləcəyini deyib.

Maraqlıdır, ilkin olaraq hansı istiqamətdə maska tələbi ləğv edilə bilər? Yəni bu məsələ etap-etap həyata keçirilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Fazil Mustafa yemək verilməyən qapalı ortamlarda maska tələbinin ləğv edilə biləcəyini deyib:

"Açıq məkanlarda maska tələbinin olması mütləq deyil. Qapalı məkanlarda isə bəzi yerlərdə maska tələbi qüvvədə qalmalıdır. Müəyyən qapalı yerlərdə maska tələbi ləğv edilə bilər. Məsələn, toy-yas yerləri elədir ki, burada maska taxmaq məsələsi bir qədər absurddur. Belə yerlərdə maskaya nəzarəti gerçəkləşdirmək mümkün olmur. Lakin iclas və auditoriyalarda keçirilən tədbirlər üçün maska tələbi ola bilər.

Ümumilikdə yemək məclisi qurulmayan auitoriyada maska tələbi qala bilər. Hər halda bu istiqamətdə müəyyən işlər görülür və müvafiq qərarlar veriləcək”, -deyə müsahibimiz qeyd edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edir.

Açar sözlər:

Oxunub: 434