Vilayət Eyvazov Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərib


17:55     09 Aprel 2022 22_04_09_1649510402.jpg

Hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini vəzifəsindən azad olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M.Əhmədov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Açar sözlər:

Oxunub: 490