“Location”dakı partlayışda xəsarət alan görün kim olub - FOTO


22:48     09 Aprel 2022 2022/04/46b77e93-4fe0-38b4-876e-6fea86373222_850_1649530316.jpeg

Məlum olduğu kimi, "Location" gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır. Bunlar biri italiyalı Vikili Valeri, digəri isə seneqallıdır. Partlayışdan sonra yaralılarla bağlı siyahıda Seneqal vətəndaşının adı qeyd olunmamışdı.

Femida.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, gecə klubunda baş verən partlayışda ağır xəsarət alan qadının adı Sameeradır. O, sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. Sameera hətta müğənnilərdən birinin klipinə də çəkilib.

Qeyd edək ki, Seneqal vətəndaşı partlayışdan sonra Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.





Açar sözlər:

Oxunub: 453


Oxşar xəbərlər