Şəhər meri: "Mariupolda azı 10 min dinc sakin ölüb"


13:14     12 Aprel 2022 22_04_12_1649748760.jpg

Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində azı 10 min dinc sakin ölüb.

Femida.az “Associated Press”ə istinadən xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

Onun sözlərinə görə, qurbanların sayı artaraq 20 minə də çata bilər: “Son bir həftə ərzində edilən hücumlar nəticəsində mariupolluların meyitləri küçələri xalça kimi örtüb. Sağ qalan 120 min sakinin isə yeməyə, içməyə, dərman preparatlarına ehtiyacı var".

Qeyd edək ki, Mariupol hazırda mühasirə vəziyyətindədir.

Açar sözlər:

Oxunub: 513