Kreml: "Ukrayna ilə danışıqlarda hələ ki nəticə yoxdur"


20:46     13 Aprel 2022 22_04_13_1649868445.jpg

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə danışıqlardakı son vəziyyəti açıqlayıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb.

“Hələ ki nəticə yoxdur. Gərgin iş davam edir. Nəticə üçün müəyyən əsaslar olduqdan sonra bəyanatlar veriləcək. Hələlik isə elan ediləcək nəsə yoxdur”, - o bildirib.

Açar sözlər:

Oxunub: 422