Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
09:48 14 Aprel 2022
Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların və siqaretlərin aksiz dərəcələri artırılıb, qəlyan üçün aksiz müəyyənləşdirilib.
Bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni bu gün - aprelin 14-də qüvvəyə minir.
Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.
Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.
Bu gündən həmçinin aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.
Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq.
Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.
Metbuat.az xəbər verir ki, eyni zamanda “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib. 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. Eyni zamanda idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.
Oxunub: 481
Oxşar xəbərlər
- Nazirlər Kabineti III qrupa qəbulla bağlı dəyişiklikləri təsdiqləyib
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Nazirlər Kabineti Qarabağda iqtisadi inkişafın sürətləndirilməsi barədə qərar verib
- Nazirlər "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə edib
- Nazirlərin müzakirə etdikləri məsələlər açıqlandı
- Nazirlər Kabineti: "Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq"
- Nazirlər meşə yanğılarını müzakirə edib
- Nazirlər Kabineti tikinti ilə bağlı yeni qanunun detallarını açıqladı
- Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik edilib
- Nazirlərin təxirə salınan görüşü tezliklə baş tutacaq