Azərbaycanda dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb


17:05     14 Aprel 2022 22_04_14_1649941526.jpg

Azərbaycanda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadə bəraət alıb.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümümilikdə 191 950 manat pulunu ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili Ceyhun Yusifov apellyasiya şikayəti verib. O, həmin şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.

Açar sözlər:

Oxunub: 455