Zaxarova: "Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməkdə qərarlıdır"


21:12     14 Aprel 2022 22_04_14_1649955561.jpg

"Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanması üçün əsas rolunu oynamağa hesablanıb. Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır", - şərhdə vurğulanır.

Açar sözlər:

Oxunub: 375