ABŞ Rusiya və Belarusun daha 10 təyyarəsinə uçuş qadağası qoyub


12:06     15 Aprel 2022 22_04_15_1649999233.jpg

ABŞ Ticarət Nazirliyi Belarusun "Belavia", Rusiyanın "Utair" və "Aeroflot" aviaşirkətləri də daxil olmaqla daha 10 təyyarəyə uçuş qadağası tətbiq edib.

Femida.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Bu günə qədər siyahıya 153 təyyarə daxildir ki, onlardan 146-sı Rusiya tərəfindən idarə olunur.

Siyahı xaricdə hava gəmilərinə xidmət göstərilməsinin qadağan olunmasını nəzərdə tutur. Hesab edilir ki, məhdudiyyətlər onların gələcəkdə beynəlxalq uçuşlar həyata keçirməsinə təsirli şəkildə mane olmalıdır.

Açar sözlər:

Oxunub: 393