DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
15:54 15 Aprel 2022
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, paytaxtda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə infeksiya riski yüksək olan ünvanlarda, ictimai nəqliyyatda – metropolitenində, avtobuslardavə piyada keçidlərində, nəzarət-profilaktik tədbirlər davam etdirilir.
"Polis tərəfindən metrostansiyalarda, piyada keçidlərində, avtobuslarda tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən insanlara koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.
Vətəndaşlardan bir daha xahiş edirik ki, infeksiyasının yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar", - məlumatda qeyd edilib.
Oxunub: 443
Oxşar xəbərlər
- DİN-dən bu sürücülərə XƏBƏRDARLIQ: 50 manat cərimələnəcəklər
- DİN-dən qazilərin aksiyası ilə bağlı açıqlama
- DİN-dən xüsusi əməliyyat: Silahlı şəxslər tutuldu
- DİN-dən xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq
- DİN-dən polisin fəaliyyətinə müdaxilə edənlərə XƏBƏRDARLIQ
- DİN-dən əməliyyat keçirdi: 20 narkotacir tutuldu
- DİN-dən toylarla bağlı xəbərdarlıq
- DİN-dən vətəndaşın polisdə döyülməsi ilə bağlı AÇIQLAMA
- DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA
- DİN-dən 30-dan çox polisin işdən çıxarılması məlumatına - Münasibət