Azərbaycanda zəlzələ olub


17:52     15 Aprel 2022 22_04_15_1650030752.jpg

Yerli vaxtla saat 17:02-də Zaqatala stansiyasından 10 km cənub-şərqdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Femida.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, maqnitudası 3,9, dərinliyi isə 23 km olan zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqlərində 3 bala qədər hiss olunub.

Açar sözlər:

Oxunub: 424