Azərbaycanda müəllimənin başını kəsdilər


10:17     17 Aprel 2022 22_04_17_1650176279.jpg

Zaqatalada kişi arvadının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb.

Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Qılman Həsənov həyat yoldaşı, 1985-ci ildə anadan olmuş Həsənova Xavər Şamil qızının boğazını kəsərək qətlə yetirib, daha sonra intihar edib.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Zaqatalada əri tərəfindən boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimdir.

O, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş.

Açar sözlər:

Oxunub: 425