Belarus Qərb ölkələrinə xəbərdarlıq edib
09:43 18 Aprel 2022
Belarus ordusu qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşır.
Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
Volfoviç Minskə qarşı təcavüz olacağı təqdirdə dağıntı və partlayışların da həmin ölkələrin ərazisində olacağını vurğulayıb.
Təhlükəsizlik Şurasının dövlət katibi qonşu ölkələrdə hərbi və hərbi texnikanın və silahların sayının artdığını, hərbi infrastrukturun modernləşdirildiyini, Belarus sərhədləri yaxınlığında hərbi aviasiya uçuşlarının tez-tez həyata keçirildiyini, həmçinin böyük vəsaitlərin ayrıldığını qeyd edib.
Volfoviçin sözlərinə görə, Belarus planlı döyüş hazırlığı tədbirləri həyata keçirir.
Oxunub: 412
Oxşar xəbərlər
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Belarus ərazisindən Ukraynaya 20-dən çox raket atılıb
- Belarusdan Ukraynaya azı 631 raket atılıb
- Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb
- Belarusdan Ukraynaya ballistik raket atılıb
- Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib
- Belarusdan Azərbaycana yeni silah partiyası gətirilib?
- Belarusla müdafiə sahəsində müqavilə təsdiqləndi
- Belarus Prezidenti Rusiyada səfərdədir
- Belarus Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır