ABŞ maliyyə naziri Vaşinqtonda Ukraynanın baş naziri ilə görüşəcək


10:12     19 Aprel 2022 22_04_19_1650344094.jpg

ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtona səfəri çərçivəsində Ukraynanın baş naziri Denis Şmıqalla ikitərəfli danışıqlar aparacaq.

Femida.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Yellen Vaşinqtonun Kiyevə güclü dəstəyini bir daha təsdiq edəcək, həmçinin ABŞ-ın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Rusiyaya qarşı tədbir görmək və Ukraynaya əsas yardım” ötürmək niyyətini vurğulayacaq.

C. Şmıxal Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Açar sözlər:

Oxunub: 350