Azərbaycanda bu xəstəliklərdən əziyyət çəkənlər pensiya alacaq
09:48 20 Aprel 2022
Aprelin 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.
Femida.az Trend-ə istinadən xəbər verir ki, komitə sədri qeyd edib ki, gündəliyin birinci məsələsi - "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsidir.
Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun əməkdaşı Seymur Əşrəfli bildirib ki, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir.
Layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Layihə barədə fikirlərini bildirən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, "Onkoloji yardım haqqında" Qanunun onkoloji xəstələrin sosial müdafiəsinə dair 9-cu maddəsi və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunun bu xəstəliyə tutulmuş şəxslərin sosial müdafiəsinə dair 9-cu maddəsi yeni redaksiyada veriləcək.
İclasda deputatlardan Rəşad Mahmudovun və İlham Məmmədovun fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Oxunub: 445
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib