Artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasının yeni müddəti müəyyənləşib
20:31 21 Aprel 2022
Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdən sonra, bir sıra hüquqi aktlarda uyğunlaşdırma aparılıb.
Bu barədə Femida.az-a Nazirlər Kabinetindən məlumat verilib.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu müəyyən edilmiş hissələrdə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən orqanların və publik hüquqi şəxslərin xəzinə hesabına deyil, tam məbləğdə dövlət büdcəsinə köçürüləcəkdir.
Dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı dövlət rüsumu müəyyən edilib.
Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib.
Mülkiyyət hüquqlarının qeydiyyatı çərçivəsində vərəsəlik nəticəsində əldə edilmiş hüquqların qeydiyyatının da nəzərə alınması dəqiqləşdirilib.
Notariat hərəkətlərinə görə dövlət rüsumunun notarius tərəfindən dövlət büdcəsinə köçürülməsi müddəti 2 bank günündən 1 bank gününə endirilib.
Oxunub: 346
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Keyfiyyətli səsə səyahət: Samsung Galaxy Buds2 Pro artıq satışdadır!
- Ukrayna MN: "Müharibədə dönüş nöqtəsi artıq başlayıb"
- Zelenski: "Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb"
- Azərbaycanda 3 mindən artıq şəxsə elektron nəzarət vasitələri tətbiq olunub
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- ÜST-ün rəhbəri: “Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib"
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Ukrayna Baş Qərargahı: Rusiyanın 30 mindən artıq hərbçisi zərərsizləşdirilib