Pentaqon rəhbəri Ukraynanın Baş naziri ilə görüşüb


10:57     22 Aprel 2022 22_04_22_1650608650.jpg

Ukraynanın Baş naziri Denis Şmıqal ABŞ-da səfərdədir. O, ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşüb.

Femida.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Rusiya qüvələri Ukraynanın şərqində yenidən hücuma başlayıb. Belə bir vaxtda mən Ukrayna Silahlı Qüvvələrinə sarsılmaz və davamlı dəstəyimizi bir daha ifadə etdim. Həmçinin bu gün Ukraynaya yeni 800 milyon dollarlıq yardım paketinin ayrılması barədə razılığa gəldik”, - paylaşımda bildirilib.

Açar sözlər:

Oxunub: 313