DTX-nin rəis müavini: "Kibertəhlükə ilə mübarizədə birgə fəaliyyətə ehtiyac var"
18:35 22 Aprel 2022
"Kibertəhlükə ilə mübarizədə uğurlu nəticələrin əldə olunması üçün dövlət və özəl sektorda fəaliyyət göstərən subyektlərin, vətəndaş cəmiyyətlərinin birgə işinə ehtiyac var".
Femida.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini İlqar Musayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb: "Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşməliyik".
İ.Musayev həmçinin deyib ki, DTX tərəfindən həyata keçirilən kiber əməliyyatlar nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinə zəruri dəstək verilib.
Oxunub: 490
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"