ABŞ dövlət katibi və müdafiə naziri sabah Ukraynaya səfər edəcək


21:01     23 Aprel 2022 22_04_23_1650735401.jpg

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya gəlir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında bildirib.

Zelenski deyib ki, Qərb tərəfdaşları daha tez qərarlar qəbul etməyə və yardım göstərməyə başlayıblar.

"Mən xüsusilə ABŞ-dan bu sürət dəyişikliyini görürəm", - Ukrayna lideri deyib.

Açar sözlər:

Oxunub: 652