Malidə silahlılar üç hökumət düşərgəsinə hücum edib


15:37     24 Aprel 2022 22_04_24_1650811094.jpg

Malinin mərkəzində silahlı şəxslər hökumət qoşunlarının üç düşərgəsinə hücum ediblər.

Femida.az xəbər verir ki, bu barədə məlumat Mali ordusunun tviter səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, Mali hökumət ordusunun Sevare, Nyono və Bafo yaşayış məntəqələrindəki düşərgələri eyni vaxtda terror hücumuna məruz qalıb.

Sevare şəhərində (Mopti bölgəsi) silahlılar partlayıcı qurğulardan istifadə etməklə iki dəfə terror aktı həyata keçirib və hərbçilərə atəş açıblar. Mali ordusu hücumun qarşısını dəf edib. Hələlik itkilər barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 339