DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb


19:40     24 Aprel 2022 22_04_24_1650814860.jpg

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Femida.az bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Açar sözlər:

Oxunub: 555