Parlament güclü təsir edən maddələri satanların 10 il həbs olunmasına dair layihəni qəbul edib
16:13 26 Aprel 2022
Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.
Femida.az-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Oxunub: 374
Oxşar xəbərlər
- Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
- Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb
- Parlament hərbçilərin sığortası ilə bağlı layihəni qəbul edib
- Parlament növbəti ilin yaşayış minimumunu təsdiqləyib
- Parlament gələn ilin büdcə zərfini müzakirə edir
- Parlament 18 Oktyabrla bağlı layihəni qəbul edib
- Parlamentin növbədənkənar sessiyası başa çatıb
- Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- Parlament binasına ildırım düşdü
- Parlamentin komitəsi onlayn iclas keçirdi